Yayda Avropanın yeraltı anbarlarına vurulmuş qazın 90,8%-i artıq istifadə edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe”un məlumatlarından məlum olur.
Fevralın 12-nə olan məlumata görə, Avropanın yeraltı anbarlarında olan aktiv qaz həcmi ötənilki səviyyədən 22,9% və ya 9,9 milyard kubmetr daha azdır.
Avropanın yeraltı anbarlarının ümumi doluluq səviyyəsi 34%-dən aşağı düşüb. Almaniya və Fransada anbarın üçdə iki hissəsi boşalıb.