Avropanın qaz bazarı “əriyir”

Avropanın qaz bazarı “əriyir” Avropada havaların mülayimləşməsilə Niderlanddakı “TTF” onlayn qaz satışı mərkəzində qazın qiyməti 199 USD/1000 kubmetrədək geriləyib
Energetika
23 Fevral , 2021 13:16
Avropanın qaz bazarı “əriyir”

Avropada havaların mülayimləşməsi ilə Niderlanddakı “TTF” onlayn qaz satışı mərkəzində qazın qiyməti 199 USD/1000 kubmetrədək geriləyib.

“Report” xəbər verir ki, bununla da qaz ötən il dekabr ayının sonundan bu yana ilk dəfə 200 dollar həddindən aşağı düşüb. Bu mövsümün ən yüksək qiyməti yanvar ayının ortasında 335 dollar olub. Hazırkı qış aylarında isə “TTF”dəki qaz qiymətləri dekabrda orta hesabla 202 dollar, yanvarda 257 dollar, fevralda isə ilkin olaraq 223 dollar təşkil edir.

Eyni zamanda, Avropa yeraltı anbarlarındakı qaz ehtiyatlarının miqdarı orta hesabla 38,52 faiz təşkil edir ki, bu da son 5 ilin orta göstəricisindən 5,6 faiz azdır.

Avropa qaz nəqli şəbəkəsinə LNG terminallarından vurulan qaz həcmi fevral ayında ötən ilin müvafiq dövrünə nisbətən 30 faizədək az, yanvar ayına nisbətən isə 50 faizədək çoxdur.

Son xəbərlər

Orphus sistemi