Avropada təbii qazın birja qiymətləri 2021-ci il avqustun 31-dən sonra ilk dəfə min kubmetr üçün 600 dollardan aşağı düşüb.
“Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın fevral fyuçerslərinin qiyməti 599 dollaradək düşüb.
Xatırladaq ki, yanvarın 16-da Avropada qazın qiyməti 15,5% düşərək 2021-ci ilin sentyabrından sonra ən aşağı səviyyəyə enib. İlin əvvəlindən qiymətlər artıq 25% düşüb. Yanvar ayında müşahidə olunan ucuzlaşma Avropanın anbarlarında qaz ehtiyatlarının yüksək olması və sabit LNG tədarükü ilə əlaqələndirilir.