Avropada təbii qazın qiyməti min kubmetr üçün 1270 ABŞ dolları təşkil edib.
“Report” Londonun ICE birjasına istinadən xəbər verir ki, ticarət sessiyasının əvvəlində min kubmetrə görə 1250-1270 ABŞ dolları arasında dəyişən təbii qaz qiymətləri sonra 1 250 ABŞ dollarında möhkəmlənib.
Xatırladaq ki, Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlar fonunda Avropada qazın qiyməti son günlərdə güclü volatillik nümayiş etdirir.
Rusiyanın enerji resurslarının ixracına qadağanın tətbiq edilməsi ilə bağlı narahatlıqlar fonunda martın əvvəllərində az qala 3 900 ABŞ dollarına çatmış təbii qaz qiymətləri martın 21-i 1 100 ABŞ dollarınadək düşüb.