Avropada qaz 5 % ucuzlaşıb

Avropada qaz 5 % ucuzlaşıb Avropada təbii qazın birja qiymətləri apreldən bəri ilk dəfə 5% düşərək 1000 kubmetr üçün 950 dollardan aşağı olub.
Energetika
23 May , 2022 11:59
Avropada qaz 5 % ucuzlaşıb

Avropada təbii qazın birja qiymətləri apreldən bəri ilk dəfə 5% düşərək 1000 kubmetr üçün 950 ABŞ dollarından aşağı olub.

“Report”un məlumatına görə, bunu Londonun ICE birjasının məlumatları göstərir.

Sonuncu dəfə 950 dollara qədər ucuzlaşma aprelin 19-da qeydə alınıb. Həmin vaxt qazın ən aşağı qiyməti 949,2 dollar olub.

Qeyd edək ki, bu il Avropada təbii qazın qiyməti Ukraynada hərbi əməliyyatların başlamasından sonra kəskin artıb. Fevralın 23-də təbii qaz fyuçerslərinin təxmini qiyməti 1000 kubmetr üçün 1038,6 dollar idisə, fevralın 24-də “mavi yanacağ”ın qiyməti demək olar, 50% artaraq 1555,5 dollara yüksəlib.

İngilis versiyası Gas prices in Europe fall 5%

Son xəbərlər

Orphus sistemi