Avropada təbii qazın qiyməti 2 %-dən çox artıb

Avropada təbii qazın qiyməti 2 %-dən çox artıb Avropada təbii qazın qiyməti min kubmetr üçün 1 000 ABŞ dollarını ötüb.
Energetika
18 May , 2022 12:43
Avropada təbii qazın qiyməti 2 %-dən çox artıb

Avropada təbii qazın qiyməti min kubmetr üçün 1 000 ABŞ dollarını ötüb.

“Report” Londonun ICE birjasına istinadən xəbər verir ki, Avropanın ən böyük habı olan TTF-də (Niderland) qazın iyun fyuçerslərinin qiyməti günə 1 007 ABŞ dolları ilə başlayıb. Sonradan ucuzlaşaraq 998,8 ABŞ dolları səviyyəsində günün minimumunu müəyyən edən qaz fyuçersləri yenidən bahalaşaraq 1 047 ABŞ dollarına çatıb. Bu isə ötən günün hesablaşma qiymətindən 2,4 % yüksəkdir.

Qiymət artımına Ukraynada yerləşən “Soxranovka” stansiyası vasitəsilə Rusiya qazının nəqlinin dayandırılması, həmçinin “Qazprom”un “Yamal-Avropa” kəməri vasitəsilə qaz nəql etmək niyyətində olmaması barədə bəyanatı səbəb olub.

Son xəbərlər

Orphus sistemi