Avropada təbii qazın 1000 kubmetrinin qiyməti 1800 ABŞ dolları səviyyəsində qalmaqda davam edir.
“Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) ticarət sessiyası 1 790 ABŞ dolları ilə başlayıb.
Bu isə dünən qeydə alınmış qiymətlə (1 809,8 ABŞ dolları) ilə müqayisədə 1 % daha aşağıdır. Müəyyən tərəddüdlərdən sonra 1 782 ABŞ dollarınadək (1,5 %) düşən qiymət, daha sonra 1 800 ABŞ dolları ötüb.