Avropada təbii qaz xeyli ucuzlaşıb

Avropada təbii qaz xeyli ucuzlaşıb Avropanın təbii qaz bazarında bu gün səhər hərraclarında bir qədər artan qiymətlər daha sonra azalaraq 1000 dollar həddinin gerisinə düşüb.
Energetika
17 Yanvar , 2022 14:05
Avropada təbii qaz xeyli ucuzlaşıb

Avropanın təbii qaz bazarında bu gün səhər hərraclarında bir qədər artan qiymətlər daha sonra azalaraq 1000 dollar həddinin gerisinə düşüb.

“Report” xəbər verir ki, Londondakı “İCE Futures” birjasında keçirilən hərracda TTF onlayn qaz satışı mərkəzinin fevral fyüçersləri 1070 USD/1000 kubmetrdən 950 USD/1000 kubmetrədək ucuzlaşıb ki, bu da cümə gününün hesablaşma qiymətlərinə nisbətən 7 faiz azdır.

Qeyd edək ki, ötən həftə təbii qazın qiyməti 825-1130 dollar arasında dəyişib. Həftənin sonunda isə hesablaşma qiymətləri kəskin artaraq cümə günü 1025 dollara çatıb.

Son xəbərlər

Orphus sistemi