Avropada təbii qazın qiyməti iyunun 14-dən bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 1 050 ABŞ dollarından aşağı düşüb.
Bu barədə “Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.
Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın noyabr fyuçersləri 11 % ucuzlaşaraq 1000 kubmetr üçün 1031 ABŞ dolları təşkil edib.
Buna səbəb Avropa İttifaqında təbii qaz ehtiyatlarının maksimuma yaxınlaşması, regionda havanın nisbətən isti keçməsi və elektrik enerjisi istehsalında külək enerjisinin payının əhəmiyyətli dərəcədə artmasıdır.