Avropada təbii qazın birja qiyməti ticarətin açılışında 2%-dən çox düşüb.
Bu barədə “Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.
Avropanın ən likvid habı olan TTF-də (Niderland) “mavi yanacağ”ın fyuçerslərinin qiyməti 2,5 % azalaraq 1000 kubmetr üçün 1118 ABŞ dollarına düşüb.
Bu, Avropada yeraltı təbii qaz anbarlarının doluluq səviyyəsinin yüksək olması nəticəsində bazardakı vəziyyətin sabitləşməsi ilə bağlıdır. Lakin Avropa ölkələri yeni qiymət artımı ilə üzləşə bilər. Xatırladaq ki, hazırda “mavi yanacağ”ın qiyməti ötən illə müqayisədə bir neçə dəfə çoxdur.