Avropada təbii qazın qiyməti 11 % artaraq 1000 kubmetr üçün, təxminən, 1270 ABŞ dollarına çatıb.
Bu barədə “Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.
Avropanın ən likvid habı olan TTF-də (Niderland) “mavi yanacağ”ın noyabr fyuçerslərinin qiyməti 11 % artaraq 1000 kubmetr üçün 1269,3 dollar təşkil edib. Ötən gün təbii qazın qiyməti 1140,1 dollar olub.
Payız mövsümündə “mavi yanacağ”ın qiyməti düşsə də, bu, ötən illə müqayisədə bir neçə dəfə çoxdur.