Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın sentyabr fyuçerslərinin qiyməti 2100 ABŞ dollarından aşağıdır.
“Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, bu gün qeydə alınan ən aşağı qiymət 2 094,4 dollar, ən yüksək qiymət 2 109,2 dollardır.
ICE-də ən yaxın qaz fyuçerslərinin orta aylıq qiyməti 50%-dək artıb. Belə ki, iyun ayında min kubmetr üçün 1180 dollar olan orta qiymət iyul ayında təqribən 1805 dollar təşkil edib.