Avropada qazın qiyməti ticarət sessiyasının sonunda hər min kubmetr üçün 1 050 ABŞ dollarından aşağı düşüb.
“Report” xəbər verir ki, bunu ICE birjasının məlumatları sübut edir.
Niderlandın TTF qovşağında yanvar fyuçerslərinin qiyməti hər 1 000 kubmetr üçün 1 045 ABŞ dolları təşkil edib.
Gün ərzində Avropada qazın qiymətinin ümumi azalması 5,7% təşkil edib.