Avropada təbii qaz qiymətləri rekordları yeniləyir

Avropada təbii qaz qiymətləri rekordları yeniləyir Avropa bazarında qaz qiymətləri 1000 kubmetr üçün rekord 550 dollarlıq həddi keçib.
Energetika
10 Avqust , 2021 19:54
Avropada təbii qaz qiymətləri rekordları yeniləyir

Avropa bazarında qaz qiymətləri 1000 kubmetr üçün rekord 550 dollarlıq həddi keçib.

Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bazarın açılışında sentyabr fyüçerslərinin qiyməti təxminən 540 ABŞ dolları olsa da, sonradan qiymət 553 ABŞ dolları həddinə çatıb.

Spot bazarında da qazın qiyməti artmaqda davam edir. Belə ki, bir gün öncə üçün müqavilə qiyməti 517 ABŞ dolları həddinə çatıb.

Tarixi maksimumların yenilənməsinə “Qazprom” şirkətinin Novıy Urenqoy yaxınlığında yerləşən zavodunda baş vermiş qəza səbəb olub.

Son xəbərlər

Orphus sistemi