Avropada küləkdən alınan elektrik enerjisi artıb

Avropada küləkdən alınan elektrik enerjisi artıb Avropada elektrik enerjisinin 10%-i küləkdən alınır
Energetika
9 Fevral , 2017 19:51
Avropada küləkdən alınan elektrik enerjisi artıb

Bakı. 9 fevral. REPORT.AZ/ Avropada quraşdırılan külək elektrik stansiyalarının ümumi gücü 2016-cı ildə ilk dəfə kömürlə çalışan istilik elektrik stansiyalarını ötüb. 

"Report"un "Lenta.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə "WindEurope" Avropanın Külək Enerjisi Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, 2016-cı ildə Avropada külək elektrostansiyalarının məcmu gücü 153,7 gigavatt təşkil edib və bununla ancaq qazla çalışan elektrik stansiyalarında geri qalıb. Külək elektrik stansiyalarının hasil etdiyi enerjinin həcmi Avropa ölkələrində sərf edilən elektrikin həcminin 10,4%-i təşkil edib.

Assosiasiyadan verilən xəbərə görə, Avropa ölkələrinə bu sahədə investisiya 2016-cı ildə 4% artaraq 27,5 mlrd. avro (29,5 mlrd. dollar) olub. Bu sahəyə ən çox diqqət ayıran ölkələr isə Almaniya, Fransa, Niderland, Finlyandiya, İrlandiya və Litvadir. 

Xatirladaq ki, "Reuters" agentliyinin məlumatına əsasən, Çin bərpa olunan enerjiyə 2020-ci ilə qədər 2,5 trln. yuan və ya 361 mlrd. dollar qoymağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi