Avropa və ABŞ birjalarında neft şirkətlərinin səhmləri ucuzlaşır

Avropa və ABŞ birjalarında neft şirkətlərinin səhmləri ucuzlaşır Hindistanda yeni COVID-19 yoluxmalarının artması səbəbindən neft tələbatı ilə bağlı narahatlıqlar yaranıb ki, bu da neft qiymətlərinin düşməsinə səbəb olur
Energetika
21 Aprel , 2021 14:28
Avropa və ABŞ birjalarında neft şirkətlərinin səhmləri ucuzlaşır

Neftin qiymətinin düşməsi, pandemiyanın neft tələbatı ilə bağlı yenidən qeyri-müəyyənlik yaratması və fond bazarlarında müşahidə olunan eniş dünyanın ən böyük neft və qaz şirkətlərinin qiymətli kağızlarının ucuzlaşmasına səbəb olub.

“Report” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, aprelin 21-də Qərbi Avropa ölkələrinin fond indekslərində düşmə müşahidə olunub.

Belə ki, regionun ən böyük müəssisələrin ümumi indeksi olan “Stoxx Europe 600” 1,9 faiz düşərək 433,8 faiz bəndi səviyyəsində qərarlaşıb.

Avropa səhmlərinin enişinə əsas səbəb dünyanın bir çox bölgəsində COVID-19 yoluxmalarının artması olub.

ABŞ fond indekslərində də dünən eniş müşahidə olunub. Belə ki, həm “Dow Jones”, həm də “S&P 500” ötən həftənin sonunda əldə edilmiş rekord səviyyələrdən aşağı düşüb.

“Dow Jones Industrial Average” indeksi 256,33 bənd (0.75 faiz) düşərək 33 821,3 bənd səviyyəsində qərarlaşıb. “S&P 500” və “Nasdaq Composite” indeksləri müvafiq olaraq 28,32 (0.68 faiz) və 128,5 (0,92 faiz) bənd enərək 4 134,94 və 13 786,27 bənd səviyyəsində dayanıb.

“MSN Finance”ın yaydığı məlumata görə neft qiymətlərinin və əsas fond indekslərinin düşməsi fonunda aparıcı neft və qaz şirkətlərinin səhmləri də ucuşlaşır.

“Baker Hughes” və “Halliburton” neft şirkətlərinin qiymətli kağızları müvafiq olaraq 2,6 faiz və 4,16 faiz ucuzlaşıb.

“BP”nin səhmləri 2,09 faiz, “Chevron”nun səhmləri isə 1,87 faiz dəyər itirib. “Eni”, “Equinor” və “Exxon Mobil” səhmləri 1,81 faiz, 2,52 faiz və 2,11 faiz ucuzlaşıb.

Qeyd edək ki, Hindistanda yeni COVID-19 yoluxmalarının artması səbəbindən neft tələbatı ilə bağlı narahatlıqlar yaranıb ki, bu da neft qiymətlərinin düşməsinə səbəb olur.

Son xəbərlər

Orphus sistemi