Polşalı nazir: "Qarşıdakı 5 ildə Avropada enerji məsələlərinin həlli Azərbaycansız mümkün olmayacaq"

Polşalı nazir: "Qarşıdakı 5 ildə Avropada enerji məsələlərinin həlli Azərbaycansız mümkün olmayacaq" Yanuş Pexoçinski: "Azərbaycan dünyanın enerji təhlükəsizliyini öz üzərinə götürə biləcək addımlar atır"
Energetika
15 Dekabr , 2014 16:50
Polşalı nazir: Qarşıdakı 5 ildə Avropada enerji məsələlərinin həlli Azərbaycansız mümkün olmayacaq

Bakı. 15 dekabr. REPORT.AZ/ Qarşıdakı beş il ərzində Azərbaycanın iştirakı olmadan Avropada enerji məsələlərinin həlli mümkünsüz olacaq. "Report"un verdiyi xəbərə görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının iclasında çıxış edən Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski bildirib. 

Onun sözlərinə görə, Polşa-Azərbaycan münasibətlərinin dərinləşməsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) mühüm rol oynayır.

"Bu gün SOCAR-ın uğurlu enerji siyasəti apardığının şahidi oluruq. Şirkət enerjinin nəqlində xüsusi siyasət yeridir. Bu siyasəti belə dəyərləndirmək istəyirəm ki, artıq Azərbaycan nəinki regionun, Avropa və hətta dünyanın enerji təhlükəsizliyini öz üzərinə götürə biləcək addımlar atır. Polşa enerji sahəsində problemlərlə qarşılaşdığı vaxtda Azərbaycanın xüsusi diqqəti, neft və qazla təminatı bizi çox sevindirir. Bunun üçün ölkə rəhbərliyinə təşəkkür edirik", - polşalı nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi