Avropa qaz anbarlarından rekord həddə qaz çıxarılıb

Avropa qaz anbarlarından rekord həddə qaz çıxarılıb Avropa qaz anbarlarının son 5 ilin orta doldurulma səviyyəsi 53,83 % olub
Energetika
2 Fevral , 2021 14:25
Avropa qaz anbarlarından rekord həddə qaz çıxarılıb

2021-ci ilin yanvar ayında Avropa qaz anbarlarından 25,49 milyard kubmetr qaz çıxarılıb ki, bu da indiyədək qeydə alınan ən yüksək həddir.

“Report” “Gas İnfrastructure Europe”a istinadən xəbər verir ki, əvvəlki 24,18 milyard kubmetrlik rekord 2017-ci ilin yanvar ayında qeydə alınıb.

Avropa qaz anbarlarının son 5 ilin orta doldurulma səviyyəsi 53,83 % olduğu halda ötən ilin yanvar ayında 51,6 % olub. Daha az səviyyə son vaxtlar 2017-ci və 2018-ci illərdə qeydə alınıb. Bu həftə həmin göstəricinin 50 % səviyyəsindən daha az olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi