Yuxarı

Avropa Komissiyasının vitse prezidenti: "Türk axını" layihəsi maddi cəhətdən əlverişli deyil

Maroş Şefçoviç layihənin iqtisadi məqsədəuyğunluğu ilə bağlı şübhələrini bildirib

Bakı. 5 fevral. REPORT.AZ/ "Türk axını" layihəsi maddi cəhətdən əlverişli deyil. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse prezidenti Maroş Şevçoviç layihənin reallaşması üzrə Rusiyanın planlarını şərh edərkən bildirib. 

O, qeyd edib ki, Türkiyəyənin ildə 15 mlrd. kubmetr qaza ehtiyacı olunduğunu və regionun digər ölkələrinin də qaza olan tələbatının təxminən bir o qədər təşkil etdiyini nəzərə alaraq,  layihənin iqtisadi məqsədəuyğunluğuna şübhə ilə yanaşır. "Türk axını" layihəsinin gücü isə "Cənub axınının" gücünə bərabərdir və hesablamalara görə, 63 mlrd. kubmetr qaz ixracını nəzərdə tutur. Dünyanın digər hissəsinə 60 mlrd. kubmetrdən çox qazın göndərilməsi nəyə lazımdır?", - Şevçoviç qeyd edib. 

"Bu layihə işləməyəcək. Düşünmürəm ki, onunla bağlı qəti qərar qəbul edilsin. Fikrimcə, biz həm bu layihə, həm də "Qazprom" və Avropa ölkələri arasında ümüumi əməkdaşlıq üçün iqtisadi cəhətdən effektiv olan digər qərarlarla bağlı daha səmərəli müzakirələrə qayıtmalı olacağıq", - Avropa Komissiyasının vitse-prezidenti bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi