Avropa Komissiyasının nümayəndəsi: “Cənub Qaz Dəhlizi şaxələndirmə üçün əsas layihədir”

Avropa Komissiyasının nümayəndəsi: “Cənub Qaz Dəhlizi şaxələndirmə üçün əsas layihədir” Bakı. 12 aprel. REPORT.AZ/ “Bizim diversifikasiya cəhdlərimiz üçün ən əsas layihə Cənub Qaz Dəhlizi layihəsidir”.
Energetika
12 Aprel , 2018 17:33
Avropa Komissiyasının nümayəndəsi: “Cənub Qaz Dəhlizi şaxələndirmə üçün əsas layihədir”

Bakı. 12 aprel. REPORT.AZ/ “Bizim diversifikasiya cəhdlərimiz üçün ən əsas layihə Cənub Qaz Dəhlizi layihəsidir”.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının enerji və iqlim üzrə komissarı Migel Arias Kanyete IV Enerji Sammitində çıxışı zamanı bildirib.

O qeyd edib ki, təmsil etdiyi qurum üçün Xəzər regionundan qazı birbaşa Avropaya gətirmək əsas prioritet olaraq qalır: “Bu istiqamətdə uğurun bir göstəricisidir ki, bu ilin yayında Azərbaycan qazı Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacaq”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.

Son xəbərlər

Orphus sistemi