Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Azərbaycana gələcək

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Azərbaycana gələcək M.Şefçoviçlə yanaşı Avropa İnvestisiya Bankı nümayəndə heyətinin də Bakıya gələcəyi təsdiqlənib
Energetika
25 Yanvar , 2017 11:54
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Azərbaycana gələcək

Bakı. 25 yanvar. REPORT.AZ/ Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç fevralda Azərbaycana səfər edəcək. “Report” xəbər verir ki, qonaq “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclasında iştirak etmək üçün Bakıya gələcək. Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, M.Şefçoviçlə yanaşı Avropa İnvestisiya Bankının (EIB) nümayəndə heyətinin də Azərbaycana səfəri təsdiqlənib.

Məlumata görə, EIB-i qurumun Mərkəzi və Cənubi Avropa şöbəsinin müdiri Flavia Palanzanın rəhbərlik edəcəyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinə Bankın enerji təhlükəsizliyi bölməsinin direktoru Racan Sancoy (Rajan Sanjoy), EIB-in Türkiyəyə ayrılan kreditlər üzrə baş mütəxəssisi Tekin Çotuq yer alıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin razılığı ilə Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclasının keçirilmə vaxtı fevralın 23-nə təyin edilib. Şuranın işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Energetika Nazirliyinə tapşırılıb. “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.

Son xəbərlər

Orphus sistemi