Avropa Komissiyası "Qazprom"u cərimə etməyəcək

Avropa Komissiyası "Qazprom"u cərimə etməyəcək Bakı. 24 may. REPORT.AZ/ Avropa Komissiyası Rusiyanın təbii qaz inhisarçısı Qazprom şirkətinə qarşı antiinhisar işi üzrə araşdırmaları dayandırıb.
Energetika
24 May , 2018 16:00
Avropa Komissiyası Qazpromu cərimə etməyəcək
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT.AZ/ Avropa Komissiyası Rusiyanın təbii qaz inhisarçısı "Qazprom" şirkətinə qarşı antiinhisar işi üzrə araşdırmaları dayandırıb.

"Report" "Euronews" telekanalına istinadən xəbər verir ki, araşdırmalar 6 ilə yaxın davam edib və qarşılıqlı razılaşma ilə başa çatıb. 

Rəqabət üzrə Avropa komissarı Marqrete Vestaqer bildirib ki, bununla da şirkətə cərimə tətbiq olunmamasına qərar verilib. Əvəzində Mərkəzi və Şərqi Avropa ərazisində inhisarçılığa yol verməkdə və tarifləri qaldırmaqda ittiham olunan "Qazprom" təbii qazı bazar qiymətlərinə uyğun olaraq tədarük etməyi vəd edib.

Son xəbərlər

Orphus sistemi