Avropa Komissiyası “Brent” neftinin qiyməti ilə bağlı proqnozunu artırıb

Avropa Komissiyası “Brent” neftinin qiyməti ilə bağlı proqnozunu artırıb Avropa Komissiyası (AK) bu il “Brent” markalı neftin 1 barelinin orta qiyməti ilə bağlı proqnozunu 1,6 dəfə artıraraq 103,6 ABŞ dollarına çatdırıb.
Energetika
16 May , 2022 16:26
Avropa Komissiyası “Brent” neftinin qiyməti ilə bağlı proqnozunu artırıb

Avropa Komissiyası (AK) bu il “Brent” markalı neftin 1 barelinin orta qiyməti ilə bağlı proqnozunu 1,6 dəfə artıraraq 103,6 ABŞ dollarına çatdırıb.

“Report” xəbər verir ki, bu barədə Komissiyanın yaz hesabatında bildirilir. 

Qurum payız hesabatında sözügedən qiymətin 63,9 dollar ola biləcəyini bəyan etmişdi. 

AK həmçinin 2023-cü il üçün “Brent” neftinin 1 barelinin orta qiyməti ilə bağlı proqnozunu 61,6 dollardan 93,5 dollara qaldırıb. 

“Neft bazarları mühüm Qərb neft şirkətlərinin Rusiyadan çıxması xəbərlərinə, bəzi ölkələrin (məsələn, ABŞ və Böyük Britaniya) enerji daşıyıcılarına tətbiq etdiyi neft embarqosuna, ABŞ-ın neft ehtiyatlarının bir hissəsini sərbəst buraxmaq qərarına və OPEC+in neft hasilatını artırmamaq qərarına gəlməsinə reaksiya verib”, -  deyə sənəddə qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi