Avropa Komissiyası Baltik dənizi üzərindən qaz kəməri tikintisini maliyyələşdirəcək

Avropa Komissiyası Baltik dənizi üzərindən qaz kəməri tikintisini maliyyələşdirəcək Bakı. 25 yanvar. REPORT.AZ/ Avropa Komissiyası Polşa ilə Danimarka arasında “Baltic Pipe” qaz kəmərinin tikintisinə 215 milyon avro ayıracaq.
Energetika
25 yanvar 2019 12:15
Avropa Komissiyası Baltik dənizi üzərindən qaz kəməri tikintisini maliyyələşdirəcək

Bakı. 25 yanvar. REPORT.AZ/ Avropa Komissiyası Polşa ilə Danimarka arasında “Baltic Pipe” qaz kəmərinin tikintisinə 215 milyon avro ayıracaq.

“Report” xəbər verir ki, Polşanın “Gaz-System” operator şirkətinin məlumatına görə, Avropa İttifaqının infrastruktur sahəsində tədbirlərinin maliyyələşdirilməsində başlıca alət olan Avropa Əlaqələndirmə Təsisatı (Connecting Europe Facility - CEF) xəttilə ayrılan həmin vəsait həm qaz kəmərinin dənizdəki hissəsinin tikintisinə, həm də Polşadakı qaz nəqli şəbəkəsinin yenilənməsinə sərf edilə bilər.

Bundan əvvəl də - 2015-ci, 2017-ci, 2018-ci illərdə CEF xəttilə maliyyə dəstəyi alan “Baltic Pipe” layihəsi Norveç yataqlarından Danimarkadan keçməklə Polşaya qaz nəqlini nəzərdə tutur. Plana görə illik ötürmə qabiliyyəti 10 milyard kubmetr olacaq kəməri Polşa hökuməti 2022-ci il oktyabrın 1-dək tikib qurtarmağı hədəfləyir. Layihənin ümumi dəyəri 1,4-1,87 milyard ABŞ dolları həcmində güman edilir.

Son xəbərlər

Orphus sistemi