Avropa Komissiyası Azərbaycan qazının Bolqarıstana nəqli layihəsi üçün 33 mln. avro vəsaiti təsdiqləyib

Avropa Komissiyası Azərbaycan qazının Bolqarıstana nəqli layihəsi üçün 33 mln. avro vəsaiti təsdiqləyib Avropa Komissiyası Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Bolqarıstan-Yunanıstan İnterkonnektorunun (Interconnector Greece-Bulgaria-IGB) tikintisi layihəsinə 33 mln. avro vəsait ayrılmasını təsdiqləyib.
Energetika
3 Aprel , 2019 12:25
Avropa Komissiyası Azərbaycan qazının Bolqarıstana nəqli layihəsi üçün 33 mln. avro vəsaiti təsdiqləyib

Avropa Komissiyası Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Bolqarıstan-Yunanıstan İnterkonnektorunun (Interconnector Greece-Bulgaria-IGB) tikintisi layihəsinə 33 mln. avro vəsait ayrılmasını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Komissiyanın rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, Aİ-nin 33 mln. avro vəsaiti Komotini (Yunanıstan) və Stara Zagora (Bolqarıstan) arasında 182 km-lik qaz interkonnektorunun tikintisinə yönəldiləcək.

Avropa İttifaqının məqsədlərinə qatqı verən boru kəməri İttifaqın Ümumi Maraq Layihəsinə (PCI - Project of Common Interest) daxildir. Regionun enerji mənbələrini şaxələndirməklə və enerji təhlükəsizliyini artımaqla, iki ölkənin qaz sistemləri ilk dəfə birləşdiriləcək, bazarda rəqabət yaranacaq və istehlakçılar daha ucuz qaz ala biləcəklər”,- məlumatda qeyd edilib.

Qeyd edək ki, IGB Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının II fazası çərçivəsində hasil edilən və Cənub Qaz Dəhlizi vasitəsilə nəql olunacaq təbii qazın Bolqarıstana ixracı üçün nəzərdə tutulub. İnterkonnektor Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq. Bolqarıstan IGB vasitəsilə ildə 1 mlrd. kubmetr Azərbaycan qazı alacaq. Belə ki, Bolqarıstanın dövlət qaz şirkəti “Bulgargaz EAD” “Şahdəniz” yatağının II fazasının işlənməsi çərçivəsində ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı Bolqarıstanın qaz istehlakının, təxminən, 25-30%-ni qarşılayacaq. IGB-nin inşasınıın 2020-ci ilin ikinci yarısında yekunlaşması nəzərdə tutulur. İnterkonnektorun ümumi investisiya dəyəri 220 mln. avrodur.

Son xəbərlər

Orphus sistemi