Avropa İttifaqının Azərbaycandakı səfiri Energetika Nazirliyində olub

Avropa İttifaqının Azərbaycandakı səfiri Energetika Nazirliyində olub Nazir Pərviz Şahbazov Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin yeni mərhələ ərəfəsində olduğunu deyib
Energetika
11 Noyabr , 2017 12:34
Avropa İttifaqının Azərbaycandakı səfiri Energetika Nazirliyində olub

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Avropa İttifaqının (Aİ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Yankauskasın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. 

Bu barədə “Report”a Energetika Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, P.Şahbazov Azərbaycanla Aİ arasındakı münasibətlərin yeni mərhələ ərəfəsində olduğunu deyib: “Enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi, eyni zamanda Azərbaycanın enerji infrastrukturunun inkişafı, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrindən istifadə, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Aİ ilə uğurlu nəticələrə nail olunub. Enerji təhlükəsizliyi və şaxələndirmə layihəsi olan “Cənub Qaz Dəhlizi”nin reallaşması isə nəinki Azərbaycanla Aİ, həm də böyük bir coğrafiyada çoxtərəfli əməkdaşlığın möhkəmlənməsini təmin edəcək”.

Səfir K.Yankauskas da layihənin Aİ-nin yeni enerji təchizat mənbələrinin və nəql infrastrukturlarının diversifikasiyası siyasətinin tərkib hissəsi olduğunu, qurumun dəstəyi və Azərbaycanın liderliyi ilə “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında yekunlaşacağına əmin olduğunu deyib.

Görüşdə Azərbaycanla Aİ arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı görülən tədbirlər, "Şərq tərəfdaşlığı" proqramı, eləcə də energetika sahəsində regional əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb. 

Son xəbərlər

Orphus sistemi