​Avropa İttifaqı Türkmənistan qazının Avropaya ixracını dəstəkləyir

​Avropa İttifaqı Türkmənistan qazının Avropaya ixracını dəstəkləyir Avropa Rusiya ilə balanslı münasibət əlaqələrinin tərəfdarıdır
Energetika
1 İyun , 2015 15:41
​Avropa İttifaqı Türkmənistan qazının Avropaya ixracını dəstəkləyir

Bakı. 1 iyun. REPORT.AZ/ Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç Türkmənistan qazının Xəzər dənizindən Avropaya daşınmasına Avropa İttifaqı (Aİ) olaraq tam dəstək verdiklərini açıqlayıb. 

"Report"un Türkiyənin "Yeni Şafak" qəzetinə istinadən verdiyi xəbərə görə, M.Şevçoviç Azərbaycanla Türkmənistan arasında Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı problemin türkmən qazının Avropaya çıxarılmasına mane olmayacağını, əksinə, bu işlərin regional problemlərin çözülməsinə yardım edəcəyini deyib.

Mayda Aşqabadda keçirilən Türkmənistan, Türkiyə, Azərbaycan və Aİ-nin iştirakı ilə dördlüyün görüşünün bənzərinin iyulun əvvəlində Astanada (Qazaxıstan) keçiriləcəyini deyən M.Şevçoviç türkmən qazının Avropaya çıxarılmasına Azərbaycanın razı olduğunu xatırladıb: "Bəllidir ki, həm Türkmənistan, həm də Azərbaycan tərəfi türkmən qazının Avropaya Xəzər dənizindən Türkiyə vasitəsilə daşınması mövzusunda həmfikirdir, bu işbirliyi bölgədəki durumu daha da mülayimləşdirəcək. Avropa İttifaqı olaraq biz də bu işlərə tam dəstək veririk".

İyulda keçiriləcək toplantının detallarına aydınlıq gətirən M.Şefçoviç Xəzər dənizindən təbii qazın daşınmasının ekoloji standartlara uyğundur: "Dünya Bankının maliyyə analizləri ilə layihənin reallaşması imkanları müzakirə ediləcək və müzakirələr bu analizlərin nəticələri ilə sonrakı mərhələyə qədəm qoyacaq".

Avropa Komissiyasının rəsmisi Aİ olaraq ətraf mühitə veriləcək ziyanın ətraflı araşdırılmasını da izləyəcəklərini deyib: "Bölgədə bu layihəyə daxil olan ölkələr layihənin ətraf mühitə təsiri məsələsində çox həssasdır. Bir çox texniki sualların hamısına cavab verən texnologiyaya sahibik və layihə üçün ən müasir ətraf mühit şərtləri istifadə ediləcək".

Aİ rəsmisi Rusiya ilə balanslı münasibət qurduqlarını da qeyd edib: "Rusiya ilə əlaqələr lazım olduğu qədər balanslı və şəffafdır. Rusiya üçün qaz bazarını zənginləşdirmək nə qədər önəmlidirsə, Aİ üçün də enerji mənbələrinin şaxələndirilməsi o qədər əhəmiyyətlidir".

Son xəbərlər

Orphus sistemi