Avropa İttifaqı energetikada karbohidrogen yanacağından imtina etməyə hazırlaşır

Avropa İttifaqı energetikada karbohidrogen yanacağından imtina etməyə hazırlaşır Bakı. 25 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) karbohidrogen yanacağına əsaslanan energetika sistemindən imtina etməyə hazırlaşır.
Energetika
25 Noyabr , 2017 15:04
Avropa İttifaqı energetikada karbohidrogen yanacağından imtina etməyə hazırlaşır

Bakı. 25 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) karbohidrogen yanacağına əsaslanan energetika sistemindən imtina etməyə hazırlaşır.

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının materiallarında bildirilir. 

Sənəddə deyilir ki, "Avropa karbohidrogen əsaslı energetikadan aşağı karbohidratlı yanacağa keçməyi planlaşdırır. 

Aİ yaxın bir neçə il ərzində Energetika İttifaqı yaradacaq. Bu qurumun əsas vəzifəsi ölkələr arasında əlaqələri gücləndirmək, region daxilində enerjinin paylanmasını təmin etmək, enerji mənbələrini genişləndirmək, enerji daşıyıcılarından, o cümlədən Rusiyadan asılılığı azaltmaq olacaq. 

Sənəddə həmçinin bildirilir ki, Aİ-də istehlak edilən enerjidə bərpa olunan enerjinin xüsusi çəkisi getdikcə artır və 2020-ci ilə qədər 20%-ə çatacağı proqnozlaşdırılır. Bu enerji növlərinin maya dəyəri isə azalır. Söhbət, əsasən, günəş və külək enerjisindən gedir. 

Son xəbərlər

Orphus sistemi