Avropa İttifaqı DESFA-nın özəlləşdirilməsində bərabər şəraitin yaradılmasının tərəfdarıdır

Avropa İttifaqı DESFA-nın özəlləşdirilməsində bərabər şəraitin yaradılmasının tərəfdarıdır Səfir Yanoş German: "Aİ hər kəsin istənilən layihədə eyni imkanlara malik olmasını istəyir"
Energetika
14 Noyabr , 2014 13:59
Avropa İttifaqı DESFA-nın özəlləşdirilməsində bərabər şəraitin yaradılmasının tərəfdarıdır

Tbilisi. 14 noyabr. REPORT.AZ/  Avropa İttifaqının (Aİ) Yunanıstan qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA şirkətinin özəlləşdirilməsinin nəticələrinin təsdiq olunması məsələsi üzrə mövqeyi həmin prosesdə bütün potensial sərmayəçilərin iştirakı üçün bərabər imkanların yaradılmasından ibarətdir. "Report"un xəbər verdiyi kimi, bunu Aİ-nin Gürcüstandakı səfiri Yanoş Herman DESFA şirkətinin özəlləşdirilməsi prosesinin hüquqi aspektlərinin Avropa İttifaqı tərəfindən baxılmasını şərh edərkən bildirib. 

Aİ nümayəndəsi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Yunanıstanın DESFA şirkətininin səhmlərinin 66%-nin alınması ilə bağlı ətraflı şəkildə şərh verməkdən imtina edib. Y.Herman vurğulayıb ki, bu məsələni hazırkı mərhələdə şərh edə bilməz, çünki hələ məsələ baxılmaqdadır: "Aİ hər kəsin istənilən layihədə eyni imkanlara malik olmasını istəyir".

Qeyd edək ki, bu yaxınlarda SOCAR prezidenti Rövnəq Abdullayev Yunanıstana səfəri çərçivəsində bu ölkənin baş naziri Antonis Samarasla görüşüb. Görüş zamanı TAP layihəsinin həyata keçirilməsi və SOCAR-ın DESFA şirkətinin 66% səhmini alması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər qeyd olunan layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıb. 

Son xəbərlər

Orphus sistemi