Yuxarı

Avropa İnvestisiya Bankı TAP layihəsini maliyyələşdirəcək

Bank növbəti 10 il üçün investisiya planlarını açıqlayıb

Bakı. 28 avqust. REPORT.AZ/ Avropa İnvestisiya Bankı (EIB) yaxın gələcəkdə Qərbi Balkanlarda bir sıra layihələri maliyyələşdirilməyə hazır olduğunu açıqlayıb. "Report" xəbər verir ki, bunu AIB prezidenti Verner Oyer (Werner Hoyer) Vyanada keçirilən sammitdə bəyan edib.

Məlumata görə, layihələrə Kosovanın dəmir yollarının bərpası və Trans-Adriatik Boru Kəmərinin (TAP) maliyyələşdirilməsi də daxildir.

V.Oyer  EIB-in növbəti 10 il üçün Qərbi Balkanlarla bağlı planlarını açıqlayıb: "Bank növbəti 10 ildə bu regiondakı layihələrin maliyyələşdirilməsi üçün 7 mlrd. avro həcmində kredit müqaviləsi imzalayıb", - deyə EIB prezidenti əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi