Avropa İnvestisiya Bankı TANAP-da iştirakda israrlıdır

Avropa İnvestisiya Bankı TANAP-da iştirakda israrlıdır Bankın vitse-prezidenti Pim van Ballekom: "Bunun üçün əlimizdən gələni edirik"
Energetika
9 May , 2016 12:02
Avropa İnvestisiya Bankı TANAP-da iştirakda israrlıdır

Bakı. 9 may. REPORT.AZ/ "Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi önəm verdiyimiz layihələr sırasındadır". "Report" xəbər verir ki, bunu Avropa İnvestisiya Bankının (EIB) vitse-prezidenti Pim van Ballekom deyib.

EIB rəsmisinin sözlərinə görə, təmsil etdiyi bankın TANAP-da iştirak edib-etməməsi tezliklə bəlli olacaq: “Layihəyə qoşulacağımıza ümid edirəm. Bunun üçün əlimizdən gələni edirik və qarşıdakı aylarda bu məsələ öz həllini tapacaq”.

Qeyd edək ki, apreldə bir sıra KİV-də EIB-in TANAP-ın tikintisi üçün Türkiyəyə 1 mlrd. avro həcmində kredit ayıracağı haqqında məlumat yayılıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev "Natural Gas Europe" saytına verdiyi müsahibəsində bildirib ki, tezliklə EIB və Dünya Bankı (WB) bu layihə üçün ümumilikdə 2,13 mlrd. dollar ayıracaq.

Son xəbərlər

Orphus sistemi