Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə birgə elektrik enerjisi təchizatının keyfiyyəti müzakirə edilib

Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə birgə elektrik enerjisi təchizatının keyfiyyəti müzakirə edilib Bakı. 20 noyabr. REPORT.AZ/ Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinin gücləndirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ˝Elektrik enerjisi təchizatının keyfiyyəti˝ adlı seminar keçirilib.
Energetika
20 Noyabr , 2018 15:42
Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə birgə elektrik enerjisi təchizatının keyfiyyəti müzakirə edilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinin gücləndirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ˝Elektrik enerjisi təchizatının keyfiyyəti˝ adlı seminar keçirilib. 

Bu barədə “Report”a Energetika Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbir qurumla EBRD arasında “Kommunal Xidmətlər sektorunda Strateji Yol Xəritəsi üzrə Əməkdaşlıq” barədə 8 sentyabr 2017-ci il tarixində imzalanmış Niyyət Protokolu çərçivəsində baş tutub.

Seminarda CEER ekspertləri Latviyanın Kommunal Xidmətlər üzrə Komissiyasının sədri Rolands İrklis və İrlandiyanın Kommunal Xidmətlərinin Tənzimlənməsi üzrə Komissiyasının Elektrik şəbəkələr üzrə meneceri Robert OʼRurk elektrik enerjisi təchizatı sahəsində keyfiyyətli xidmətin təmin olunması istiqamətində Avropa ölkələrində həyata keçirilən tədbirlərdən danışıblar. Ekspertlərin təqdimatları xidmət keyfiyyətinin müxtəlif səviyyələri, şəbəkə itkiləri, elektrik enerjisi təchizatında fasilələr, gərginlik dəyişmələri və tezliyin tənzimlənməsi kimi mövzuları əhatə edib.

Bildirilib ki, belə təcrübə mübadiləsi gələcəkdə elektrik enerjisi təchizatı sektorunda xidmət keyfiyyətinin yüksəldilməsi və istehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlərə töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi