Avropa, Çin və ABŞ-da benzin ehtiyatlarının artımı neftin qiymətinin düşməsinə təsir göstərib

Avropa, Çin və ABŞ-da benzin ehtiyatlarının artımı neftin qiymətinin düşməsinə təsir göstərib "Brent" markalı neftin 40 dollara qədər azalması proqnozlaşdırılır
Energetika
22 İyul , 2016 20:40
Avropa, Çin və ABŞ-da benzin ehtiyatlarının artımı neftin qiymətinin düşməsinə təsir göstərib

Bakı. 22 iyul. REPORT.AZ/ Avropa, Çin və ABŞ-da benzin ehtiyatlarının rekord səviyyədə artımı iyulun 21-də Brent markalı neftin qiymətinin 2% azalmasına səbəb olub.

"Report", "Vestifinance"agentliyinə istinadən xəbər verir ki, benzin ehtiyatlarının rekord artımı adı çəkilən bölgələrdə benzinin ixracının artırılmasına gətirib çıxarıb. Belə ki, "Bloomberg" agentliyinin "OJK İnternational" neft bazarları araşdırma şirkətinin hesabatına istinadən yaydığı xəbərə görə son bir həftədə Avropada benzin ehtiyatları 12% artaraq tarixi rekord həddə çatıb. 

Çin, son bir il ərzində aqressiv şəkildə neftayırma zavodları üçün topladığı nefti hazırda tam doluluq səviyyəsinə çatdığı üçün benzin şəklində ixrac etməyə başlayıb. Belə ki, iyun ayında Çinin benzin ixracı 2 dəfə artaraq gündəlik 312 min barelə çatıb. 

Təəccüb doğuran digər fakt ABŞ-da yay mövsümünə baxmayaraq, benzin ehtiyatlarının artmasıdır. Qeyd edək ki, ABŞ-da yay mövsümü ənənəvi olaraq avtomobil səyahətlərinin artması səbəbindən benzin tələbini artırıb. Buna baxmayaraq, keçən həftə iyulun 13-20-də ABŞ-da benzin ehtiyatları 0,9 mln. barel və ya 0,4% artaraq 241 mln. barelə çatıb. Bu da ke3çən ilin analoji dövrü ilə müqayisədə 25% çox olmaqla bərabər son 10 ilin rekord səviyyəsidir.

"Report" analitik qrupu xəbər verir ki, neft şirkətlərinin gəlir marjası aşağı düşdüyündən onlar əlavə yükdən azad olmaq məqsədilə neft satışını sürətləndirəcəklər. Bunun üçün də onlar neft qiymətlərində endirim etməyə məcbur olacaqlar. Nəticədə, neft qiymətlərinin indiki səviyyədən 7-10% aşağı düçəcəyi ehtimal edilir. 

Xatırladaq ki, "Brent" markalı neftin qiyməti hazırda 46 dollar/barel səviyyəsindədir. "Brent" markalı neftin 40 dollara qədər azalması proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi