Avropa birjasında təbii qazın qiyməti tarixi rekordu yeniləyib

Avropa birjasında təbii qazın qiyməti tarixi rekordu yeniləyib Avropa birjasında qazın qiyməti tarixi rekordunu yeniləyərək 1000 kubmetr üçün 3600 ABŞ dollarını ötüb.
Energetika
355
7 Mart , 2022 13:20
Avropa birjasında təbii qazın qiyməti tarixi rekordu yeniləyib

Avropa birjasında qazın qiyməti tarixi rekordunu yeniləyərək 1000 kubmetr üçün 3600 ABŞ dollarını ötüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Londondakı ICE birjasının məlumatları göstərir.

Ümumilikdə, qazın qiyməti ticarət başlayandan bəri 67%-dən çox artıb. Niderlandın TTF habında aprel fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 3639,1 ABŞ dollarına və ya 1 MVt/saat üçün 322 avroya (cari avro/dollar məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saat üçün avro ilə təqdim olunur) yüksəlib.

Qeyd edək ki, bundan öncəki son ticarət günü olan ötən həftənin cümə günündə qaz 1000 kubmetr üçün 2300 ABŞ dolları səviyyəsində satılırdı.

Son xəbərlər

Orphus sistemi