​Avqustda Ceyhan limanından 2,2 milyon ton neft dünya bazarlarına çıxarılıb

​Avqustda Ceyhan limanından 2,2 milyon ton neft dünya bazarlarına çıxarılıb Bu ilin avqust ayı ərzində 2 milyon 214 min 981 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılır
Energetika
9 Sentyabr , 2014 09:19
​Avqustda Ceyhan limanından 2,2 milyon ton neft dünya bazarlarına çıxarılıb
Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayı ərzində 2 milyon 214 min 981 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Bu barədə “Report”a ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə bu həcmin 1 milyon 976 min 809 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar- avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 19 milyon 34 min 448 ton olub.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il sentyabr ayının 1-nə qədər Ceyhan limanından 252 milyon 178 min 362 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Son xəbərlər

Orphus sistemi