Bu barədə “Report”a ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə bu həcmin 1 milyon 976 min 809 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar- avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 19 milyon 34 min 448 ton olub.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il sentyabr ayının 1-nə qədər Ceyhan limanından 252 milyon 178 min 362 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.