​Avqustda BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

​Avqustda BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub BTC kəməri ilə ümumilikdə 486 min 320 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub
Energetika
9 Sentyabr , 2014 09:23
​Avqustda BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub
Bakı. 9 sentyabr. REPORT.AZ/ 2014-cü ilin avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 475 min 365 ton Azərbaycan nefti nəql olunub.

Bu barədə “Report”a ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə cari ilin yanvar- avqust aylarında bu kəmərlə 19 milyon 570 min 007 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il sentyabr ayının 1-nə qədər BTC-yə 254 milyon 886 min 511 ton neft vurulub.

Bundan başqa, cari ilin avqust ayında BTC kəməri ilə ümumilikdə 486 min 320 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

Son xəbərlər

Orphus sistemi