“Avandsis” şirkətlər qrupu “Azərikimya”da treninqlərə başlayıb

“Avandsis” şirkətlər qrupu “Azərikimya”da treninqlərə başlayıb Təlimlər həftədə 2 dərs olmaqla bir ay boyunca davam edəcək
Energetika
6 Oktyabr , 2016 19:21
“Avandsis” şirkətlər qrupu “Azərikimya”da treninqlərə başlayıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ “Avandsis” şirkətlər qrupunun mütəxəssisləri oktyabrın 6-dan etibarən “Etilen-polietilen” zavodunun nəzarət ölçü cihazları və avtomatika sahəsinin işçiləri üçün treninqlərə başlayıblar. 

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimlərdə əsas hədəf partlayış təhlükəli texnoloji proseslərin beynəlxalq standartlar əsasında (IEC-61508/61511 standartları) təhlükəsiz cihazlı sistemlərə inteqrasiyasıdır.

“Avandsis” Şirkətlər Qrupu ən etibarlı təhlükəsiz cihazlı sistem olan TRICONEX sistemini ilk dəfə Azərbaycana gətirərək yerli mühəndislər üçün təmənnasız treninqlər təşkil edir. Təlimlər həftədə 2 dərs (1 treninq) olmaqla (ümumilikdə 4 treninq) bir ay boyunca davam edəcək. Nəzəri və praktiki bölmələrdən ibarət treninqlərdən sonra iştirakçılar arasında test imtahanı keçiriləcək, yüksək bal toplayanlara şirkətin sertifikatları veriləcək.

Son xəbərlər

Orphus sistemi