Astara və Siyəzən magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Astara və Siyəzən magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq Bir neçə ərazinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
5 Aprel , 2016 14:56
Astara və Siyəzən magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı. 5 aprel.REPORT.AZ/ Aprelin 6-da saat 08:00-dan 20:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, “Axundov”, “Saatlı”, “Qaracalar”, “Otuzikilər” və “Əlillər” qazpaylama stansiyalarında, bəzi ölçü qovşaqlarında təmir işlər aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, saat 10:00-dan 17:00-dək isə Siyəzən magistral qaz kəmərləri sahəsinin “Yaşma-Siyəzən” magistral qaz kəmərində təmir işləri aparılacaq.

Təmir müddətində Saatlı və İmişli rayonlarının, həmçinin Xızı rayonunun Giləzi, Yeni Yaşma, Şurabad və Sitalçay, Siyəzən rayonunun Beşdam, Zarat, Çandahar və Qara Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Sabirabad rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

Son xəbərlər

Orphus sistemi