Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq İmişli və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
14 Fevral , 2017 16:47
Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı.14 fevral.REPORT.AZ/ Fevralın 15-də saat 09:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin balansında olan “Otuzikilər”, “Qaracalar”, “Saatlı”, “Axundov”, “İmişli” və “Əlillər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, təmir müddətində İmişli və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Sabirabad rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi