Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, ''Göytəpə'', ''Cəlilabad'', ''Azadkənd'' ''Nərimankənd'', ''Qaratəpə'', ''Axundov'', ''Sabirabad'', ''Otuzikilər'', ''Saatlı'', ''İmişli'', ''Qaraçala'' və “Əlillər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir müddətində Masallı rayonunun Təzə Alvadı, Köhnə Alvadı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin İmişli və Saatlı rayonlarının bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.