Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün saat 10:00-dan 17:00-a qədər Astara-Qazıməmməd magistral qaz kəmərinin Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin xidməti ərazisində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar “Şahağacı” qazpaylama stansiyasında qaz təminatı dayandırılaraq təmir işləri aparılacaq.
“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, təmir müddətində Astara rayonunun Kakalos, Pensər, Şahağacı, Siyəkül, Maşğan, Təngərüd və Şiyəkəran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.