Yuxarı

Astanada keçirilməsi planlaşdırılan "Caspian Energy Forum"nun vaxtı dəyişdirilib

Bu, Qazaxıstan Hökumətinin rəsmi müraciəti ilə əlaqədardır

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu il noyabrın 4-də Astanada keçirilməsi planlaşdırılan "4-cü Beynəlxalq Caspian Energy Forum Astana - 2015"in vaxtı dəyişdirilərək gələn ilə keçirilib.

Forumun təşkilatçısı "Caspian Energy İnternational Media Group"-dan "Report"a verilən məlumata görə, tədbirin vaxtının dəyişdirilməsi Qazaxıstan Hökumətinin rəsmi müraciəti ilə əlaqədardır.

Qeyd olunub ki, sözügedən Forumun dəqiq vaxtı barədə əvvəlcədən məlumat veriləcək.

Qeyd edək ki, Forumun təşkilatçısı Caspian Energy İnternational Media Group-dur. Foruma rəsmi dəstəyi Qazaxıstan Hökuməti və Caspian European Club göstərir.

Forumun birinci hissəsi çərçivəsində dünya enerji bazarına inteqrasiyanın bütün aspektlərinin və Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin investisiya cazibədarlığının müzakirəsi planlaşdırılır. Forumun ikinci hissəsi qeyri-neft sektorunun inkişafına həsr olunacaq.

Forum çərçivəsində "Caspian Energy Award - 2015" ali mükafatının Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə rəsmi təqdimetmə mərasimi təşkil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi