​Asiya İnkişaf Bankı "Azərişığ"ın investisiya risklərini araşdırır

​Asiya İnkişaf Bankı "Azərişığ"ın investisiya risklərini araşdırır ADB rəsmisinin sözlərinə görə, ayrılacaq kreditin şərtləri Azərbaycan hökuməti ilə razılaşdırılacaq
Energetika
7 Avqust , 2015 12:46
​Asiya İnkişaf Bankı Azərişığın investisiya risklərini araşdırır

Bakı. 7 avqust. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) "Azərişıq" ASC-yə irihəcmli krediti müvafiq "due-diligence" proseduraları (investisiya riskləri, şirkətin etibarlılığı, bazardakı mövqeyi və digər vacib araşdırılmaların aparılması) avqust ayının sonunda tamamlandıqdan sonra ayıracaq. Kreditin ümumi həcmi 750 mln. ABŞ dolları təşkil edəcək. Bunu "Report"a açıqlamasında ADB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono deyib.

ADB rəsmisinin sözlərinə görə, kredit üzrə faiz dərəcəsi Azərbaycan hökuməti ilə razılaşdırılacaq: "Maliyyə yardımının ilk kredit tranşı 250 mln. dollar olmaqla, 2015-ci ilin sonunadək ayrılacaq. Kreditin faiz dərəcəsi LIBOR mexanizmi əsasında hesablanacaq. Kreditin faizi, şərtləri və qaydaları hökumətlə ADB arasında razılaşdırılacaq".

Xatırladaq ki, mayın 5-də ADB və Azərbaycan hökuməti arasında "Azərişıq" ASC-nin fəaliyyətinin yaxşılaşdırılması üçün dəyəri 1 mlrd. dollar olan investisiya müqaviləsi imzalanıb. ADB-nin vitse-prezidenti Vensay Janq (Wencai Zhang), Azərbaycan tərəfindən isə maliyyə naziri Samir Şərifov və "Azərişıq" ASC-nin sədri Baba Rzayev imzaladığı müqaviləyə görə, ADB Azərbaycana 750 mln. dollar həcmində kredit ayıracaq. Qalan 250 mln. dolları isə ölkə hökuməti maliyyələşdirəcək.

Son xəbərlər

Orphus sistemi