Asiya İnfrastruktur İnvestisiya Bankı TANAP-a ayırdığı krediti təsdiq edib

Asiya İnfrastruktur İnvestisiya Bankı TANAP-a ayırdığı krediti təsdiq edib Bu, Dünya Bankı Qrupu ilə maliyyələşdirilən multi-maliyyələşmənin bir hissəsidir
Energetika
11 Yanvar , 2017 09:29
Asiya İnfrastruktur İnvestisiya Bankı TANAP-a ayırdığı krediti təsdiq edib

Bakı. 11 yanvar. REPORT.AZ/ Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üçün ayırdığı krediti təsdiq edib. “Report” xəbər verir ki, kreditin məbləği 600 mln. ABŞ dollarıdır.

Qeyd edək ki, bu, AİİB-in Dünya Bankı Qrupu ilə birgə maliyyələşdirdiyi multi-maliyyələşmənin bir hissəsidir.

Xatırladaq ki, 2016-cı ilin dekabrın 20-də Dünya Bankının da Direktorlar Şurası TANAP-a 800 mln. dollarlıq kredit ayrılmasına dair qərar qəbul edilib. Qərara görə, həmin vəsaitin 400 mln. dollarlıq hissəsini Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" (SGC) QSC, digər hissəsini isə Türkiyə dövlətinin zəmanəti ilə "BOTAŞ" şirkəti əldə edib.

Qeyd edək ki, TANAP kəməri ümumi uzunluğu 3 500 km olan Cənub Qaz Dəhlizi layihəsinin 1 850 km hissəsini yaxud 53%-ni təşkil edir. Plana görə, "Şahdəniz" qazı TANAP vasitəsi ilə 2019-cu ildə Türkiyəyə, 2020-ci idlə isə Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya çatdırılacaq. İlkin mərhələdə illik 16 mlrd. kubmetr qazın SGC vasitəsi ilə ötürülməsi nəzərdə tutulur ki, onun 10 mlrd. kubmetri Türkiyənin, 6 mlrd. kubmetri isə Avropa ölkələrinin tələbatını ödəyəcək.

Ümumi dəyəri 9 mlrd. dollar civarında olan TANAP-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 58%, "BOTAŞ" 30%, BP isə 12% paya sahibdir. 

Son xəbərlər

Orphus sistemi