​ASAN xidmət mərkəzlərində "Azəriqaz"la bağlı 32 min müraciət həllini tapıb

​ASAN xidmət mərkəzlərində "Azəriqaz"la bağlı 32 min müraciət həllini tapıb Qurum müraciətlərin hamısının tam icra edildiyini açıqlayıb
Energetika
9 İyul , 2015 12:25
​ASAN xidmət mərkəzlərində Azəriqazla bağlı 32 min müraciət həllini tapıb

Bakı. 9 iyul. REPORT.AZ/ Cari ilin yanvar-iyun ayları ərzində Bakı şəhərindəki 1, 2, 3 və 4 saylı ASAN xidmət mərkəzlərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin xidmətləri ilə əlaqədar 31 957 müraciət öz həllini tapıb. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müraciətlər əsasən “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında abonentlərə xidmətlərin göstərilməsi ilə əlaqədar olub.

Qurum müraciətlərin hamısının tam icra edildiyini açıqlayıb.