Arzu Əzimov: "Yaxın bir ildə neftin qiyməti maksimum 55 dollar olacaq"

Arzu Əzimov: "Yaxın bir ildə neftin qiyməti maksimum 55 dollar olacaq" “SOCAR Trading” şirkətinin rəhbəri bazardakı cari vəziyyəti şərh edib
Energetika
8 Sentyabr , 2016 14:35
Arzu Əzimov: Yaxın bir ildə neftin qiyməti maksimum 55 dollar olacaq

Bakı. 8 sentyabr. REPORT.AZ/ Yaxın bir il ərzində dünya bazarında xam neftin qiyməti 40-50 dollar/barel diapazonunda hərəkət edəcək və ya maksimum 55 dollar olacaq. “Report”un “Washington Post”a istinadən verdiyi məlumata görə, bunu “SOCAR Trading S.A.” şirkətinin rəhbəri Arzu Əzimov deyib.

A.Əzimovun sözlərinə görə, qiymətlər yüksəldikdə Amerikadakı şirkətlər hasilatı artırır: “Məsələ burasındadır ki, qiymətlər sürətlə yüksələn kimi, Amerika hasilat şirkətləri hasilatı sürətlə artırır. Buna görə də bazarlarda xam neftin qiyməti 40-50 dollar, maksimum 55 dollar olaraq qalacaq”.

Əsas treyderlər hesab edirlər ki, ABŞ-da şist neft və İranla Səudiyyə Ərəbistanında gözləniləndən artıq neft hasil edilməsi bundan sonra ən azı 6 ay qiymətlərdə disbalansa səbəb olacaq.

Son xəbərlər

Orphus sistemi