Bakı. 27 may. REPORT.AZ/ Argentina daxili neft hasilatını 23% artıraraq, 2025-ci ilədək gündə 653 min barelə çatdırmaqla yanacaq idxalına olan tələbatını azaltmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin nümayəndəsinə istinadən" Reuters" məlumat yayıb.
Cənubi Amerika dövləti üç il əvvəl investisiya mühitinin pisləşməsi fonunda daxili neft və qaz hasilatının azalması ilə əlaqədar olaraq xalis enerji ehtiyatları idxalatçısına çevrilib.
2015-ci ildə Argentinanın enerji daşıyıcıları idxalı ixracı 6,5 milyard dollar üstələyib.