​ARDNŞ bolqarlarla 2 sənəd imzalayıb

​ARDNŞ bolqarlarla 2 sənəd imzalayıb “Bulqartransqaz” və “Bulqarqaz” şirkətləri ilə iki sənəd imzalanıb
Energetika
22 Sentyabr , 2014 18:02
​ARDNŞ bolqarlarla 2 sənəd imzalayıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ ARDNŞ ilə Bolqarıstanın qaz şirkətləri olan “Bulqartransqaz” və “Bulqarqaz” arasında iki sənəd imzalanıb. Bu barədə “Report”a ARDNŞ-nin mətbuat xidmətindən məlumat daxil olub.

ARDNŞ və “Bulqartransqaz” arasında Anlaşma Memorandumu ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və “Bulqartransqaz” şirkətinin baş direktoru Kiril Temelkov tərəfindən imzalanıb. ARDNŞ və “Bulqarqaz” şirkəti arasında niyyət protokoluna isə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və “Bulqarqaz” şirkəti Direktorlar Şurasının rəhbəri Botyo Velinov imza atıb.

Xatırladaq ki, “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümü münasibəti ilə keçirilən bayram tədbirlərində iştirak etmək üçün Bolqarıstanın “Bulqartransqaz” və “Bulqarqaz” şirkətlərinin rəhbərləri Bakıya səfərə gəlib.

Son xəbərlər

Orphus sistemi