"Report" Dövlət Neft Şirkətinə istinad edərək xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qazma işlərinin həcmi 14,7% azalıb.
Cari ilin oktyabr ayı ərzində isə ARDNŞ (MM və ƏŞ istisna olmaqla) 8 714 metr qazma işi həyata keçirib. Bu sahədə görülmüş işlərin 8 515 metri istismara, 199 metri isə kəşfiyyata aid olub.
Qeyd edək ki, 2013-cü il ərzində ARDNŞ üzrə 142 656 metr qazma işi görülüb ki, bunun da 135 665 metri istismara, 6 991 metri isə kəşfiyyata aid olub.